Ruslar Kaxovka Su Elektrik Stansiyasını partlatmaqla işğaldan azad edilmə prosesini dayandırmaq istəyirdilər. Lakin düşmən əks effekt əldə etdi.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib
O qeyd edib ki, Kaxovka Su Elektrik Stansiyasının sıradan çıxarılması ciddi ekoloji və humanitar fəlakətə səbəb ola bilər.
Malyar bildirib ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş yaşayış məntəqələrində dinc sakinlər hazırda kritik vəziyyətdədir, çünki bəndin partlaması onları şirin sudan məhrum edib.
Bundan əlavə, müdafiə nazirinin müavininin sözlərinə görə, Rusiya hərbi hissələrinin mövqeləri su altında qalıb. Bu, Rusiyanın mina sahələrinin geniş miqyasda yuyulmasına və onların xaotik şəkildə partlamasına səbəb ola bilər.
QAZİLER.AZ