Rusiya Federasiyasının bir sıra regionlarında radioda Rusiya Prezidenti Vladimir Putinin üç sərhəd bölgəsində hərbi vəziyyətin tətbiq olunduğunu elan etdiyi müraciəti yer alıb, lakin Kreml bunun haker hücumu olduğunu elan edib.
Qaziler.az -ın xəbərinə görə, Putinin "müraciətində" bildirilir ki, guya bazar ertəsi, iyunun 5-i saat 4:00-da “Ukrayna qoşunları... Kursk, Belqorod və Bryansk vilayətlərinin ərazisini işğal edib”, bununla əlaqədar olaraq, bu bölgələrdə xüsusi rejim tətbiq edilir.
"Kursk, Belqorod, Bryansk vilayətlərinin ərazisində mənim fərmanımla hərbi vəziyyət tətbiq edilib. Mən də bu gün ümumi səfərbərlik haqqında fərman imzalayacağam", - müraciətdə deyilir.
Rostov, Belqorod və Voronej vilayətlərinin sakinləri bunu eşidib.
Kreml isə belə bir müraciətin “olmadığını” və radiotezliklərin hakerlər tərəfindən sındırıldığını, lakin müraciət artıq sosial şəbəkələrdə göründüyünü bildirib.
QAZİLER,AZ
mənbə: RBK-Ukrayna