Tragikomik hadisə: Avtomobili soyan oğruları kartof "atəşinə tutdu"- VİDEO

Tragikomik hadisə: Avtomobili soyan oğruları kartof "atəşinə tutdu"-  VİDEO backend

İstanbulun Bağcılar səmtində park edilmiş avtomobilin ekranını çıxaran oğruları görən şəxs eyvandakı kartofları onlara ataraq bunun qarşısını almağa çalışıb.

Lakin atılan kartof və daşları yenidən eyvana tullayan oğrular avtomobilin ekranını tamamilə sökərək gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulda baş verən bu tragikomik oğurluq kameralara düşüb.

2100 İl" məhəlləsində meydana gələn hadisədə, gecə saat 03.00 radələrində üzlərində maska ​​olan 4 oğru park halındakı avtomobilin şüşəsini sındırıb.

Səsləri eşidən küçə sakini Reşat Sevinçtekin eyvana çıxanda oğruları görüb. Mobil telefonu ilə hadisəni çəkərək oğrulara qışqıran Reşat Sevinçtekin daha sonra eyvandakı kartofları oğrulara tərəf atmağa başlayıb.

Atılan kartoflara məhəl qoymayan oğrular avtomobilin hissələrini sökməyə davam ediblər. Oğrulardan bəziləri eyvanda olan Reşat Sevinçtekinə daş atıblar.

Avtomobildəki ekranı tamamilə sökən oğrular gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.

QAZİLER.AZ

 

Diaspora