Ukrayna Çini vasitəçi kimi qəbul etməyə hazırdırmı? - Reznikovun cavabı

Ukrayna Çini vasitəçi kimi qəbul etməyə hazırdırmı? -   Reznikovun cavabı backend

Ukrayna yalnız Pekin Rusiyanı zəbt etdiyi bütün ərazilərdən geri çəkilməyə məcbur edə bilsə, müharibəni dayandırmaq üçün sülh təşəbbüsündə Çini vasitəçi kimi qəbul etməyə hazırdır.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” “The Straits Times” qəzetinə müsahibəsində müdafiə naziri Oleksi Reznikova istinadən məlumat yayıb.

"Rusiyanın Ukrayna ilə dinc yanaşı yaşamağa hazır olduğunu mənə sübut edin. Birinci siqnal Ukrayna ərazilərinin tam azad edilməsi olmalıdır. Qoy bizə xoşməramlılıq jesti göstərsinlər və silahlı qüvvələrini Ukrayna ərazisindən çıxarsınlar", - deyə o, bildirib.

Reznikov vurğulayıb ki, yalnız Rusiya qoşunları çıxarıldıqdan sonra Ukrayna bu vasitəçinin Rusiyaya təsirinin olduğunu düşünəcək.

“Yoxsa, bağışlayın, nəyə görə (səbəbdən – red.) oturaq və vaxt itirək?”. əlavə etdi.

Müdafiə naziri hesab edir ki, Çin çox güman ki, Rusiya üzərində təsir rıçaqlarına malikdir, lakin onun niyyətləri qeyri-müəyyən olaraq qalır.

QAZİLER.AZ

 

Diaspora