Türkiyədəki “Azov” hərbçilərinin görüntüləri yayıldı

Türkiyədəki “Azov” hərbçilərinin görüntüləri yayıldı backend

Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Türkiyədə qalan “Azov” komandirləri ilə görüşüb.

QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Stefançuk komandirlərlə olan fotosunu özünün Feysbuk səhifəsində paylaşıb.

Spiker bildirib ki, döyüşçülərlə Ukrayna Prezidenti Vladimir Zelenskinin tapşırığı ilə görüşüb.

Fotoda “Azov” komandiri Denis Prokopenko, müavini Svyatoslav Ponomar, 36-cı əlahiddə dəniz piyadaları briqadasının komandir vəzifəsini yerinə yetirən Sergey Volınski, Ukrayna Milli Qvardiyasının döyüşçüləri Oleq Xomenko və Denis Şleqa yer alıb.

Qeyd edək ki, ötən il Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən əsirlərin dəyişdirilməsi proseduru zamanı Ukrayna ilə Rusiya arasında əldə olunan razılaşmaya əsasən, bir sıra ukraynalı zabitlər müharibənin sonuna kimi İstanbulda saxlanılmalı idilər.

 

 

Diaspora