Oğandan diqqətçəkən PAYLAŞIM: "Bunun böhtan olduğu sübut olundu"

Oğandan diqqətçəkən PAYLAŞIM: "Bunun böhtan olduğu sübut olundu" backend

Türkiyənin yeni Nazirlər Kabinetinin tərkibinin açıqlanmasından sonra prezident seçkilərinin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğana dəstək verən Sinan Oğan sosial media hesabında Paylaşım edib.

QAZİLER.AZ Publika.az-a istinadən xəbər ki, o, Ərdoğana verdiyi dəstəklə bağlı səsləndirilən iddiaları təkzib edib:

"Yeni kabinetin ölkəmizə, millətimizə uğurlar gətirməsini arzu edirəm. İlk gündə dediyimiz kimi, prezidentlə heç bir mövqe üçün danışıqlar aparmamışıq, prinsiplər əsasında razılığa gəlmişik. O səbəbdən ilk gündən bəri adımız üzərində yürüdülən "bazarlıq" və s kimi spekulyasiyaların nə qədər yersiz və böhtan olduğu bir daha sübut olundu. İnşallah önümüzdəki dövrdə başda iqtisadiyyat və miqrantlarla bağlı prinsiplərimizin reallaşmasının şahidi olacağıq...", - Oğan elan edib.

 

 

Diaspora