Yenidən xəstəxanalıq oldu

Yenidən xəstəxanalıq oldu backend

Rusiyalı məşhur rejissor Nikita Mixalkovun səhhəti yenidən pisləşib

 Publika.az rus mətbuatına istinadən xəbər verir ki, rejissor yenidən Moskvadakı xəstəxanaların birinə yerləşdirilib. Ona ürəyin işində fasilələr və nəfəs darlığı diaqnozu qoyulub.

Hazırda Nikita mürəkkəb ürək aritmiyalarının cərrahi müalicəsi şöbəsindədir.

Qeyd edək ki, rejissor ilin əvvəlində koronavirus testi müsbət çıxmışdı. Kompüter tomoqrafiyasından keçdikdən sonra ona ağciyərlərinin zədələnmiş nahiyələrinin böyüməsi diaqnozu qoyulmuşdu.

 

 

Diaspora