Qərbin hesablamalarına görə, Rusiya Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirmək cəhdlərində 60 mindən çox əsgər itirib.
Qaziler.az bildirir ki, Ukrayna mətbuatı Sky News-a istinadən yazır ki, bu barədə cümə axşamı jurnalistlərə adının açıqlanmasını istəməyən Qərb rəsmisi bildirib.
“Biz hesab edirik ki, Baxmutun tutulması, yəqin ki, Rusiyaya bir il davam edən döyüş zamanı Baxmut-Popasnaya sektorunda ən azı 60 min itkiyə başa gəlib”.
QAZİLER.AZ