Çeçenistan parlamentinin rəhbəri Priqojinə xəbərdarlıq etdi

Çeçenistan parlamentinin rəhbəri Priqojinə xəbərdarlıq etdi backend

Çeçenistan parlamentinin rəhbəri Daudov "Vaqner" ÖHŞ-nin təsisçisinə xəbərdarlıqla müraciət edib.

Qaziler.az bildirir ki, Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov özəl hərbi şirkətin (ÖHŞ) "Vaqner"in təsisçisi Yevgeni Priqojinə xəbərdarlıqla müraciət edib. Onun fikrincə, iş adamı açıqlamaları ilə Rusiya vətəndaşları arasında “panika əhval-ruhiyyəsi” yaradır. Telegram kanalında yerləşdirdiyi müraciətdə Daudov Priqojini “ kişi kimi” görüşməyə və danışmağa dəvət edib.

Çeçenistan parlamentinin sədri biznesmeni tənqid edən Dövlət Dumasının deputatı Adam Delimxanovun ardınca Priqojinə qarşı oxşar hücumu dərc edib.

QAZİLER,AZ

Diaspora