Belarus sərhədçiləri borşun köməyi ilə Ukraynadan olan həmkarlarını aldatmağa çalışıblar.
Qaziler.az bildirir ki, Belarus sərhədçiləri borşun köməyi ilə ukraynalı həmkarlarını sərhədə aparmağa çalışıb. Bu barədə Klymenko Time Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, bunun üçün Belarus Dövlət Sərhəd Komitəsinin əməkdaşları kordonda səs yazısını açıblar, orada qadın səsi Ukrayna və Belarus borşunun oxşarlığından danışıraq onları “borş-qonşular və borş-qohumlar” adlandırıb.
Səs yazısında deyilir: "Borş bişirmək üçün heç bir şeyiniz olmayanda, bizim tərəfə keçin, çünki Belarus və Ukrayna borşunun çox oxşarlığı var və Avropa mətbəxində belə bir şey yoxdur".
QAZİLER.AZ