Parlamentin Reqlamentinə əsasən, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası ölkənin Mərkəzi Seçki komissiyasının parlament seçkilərinin yekun nəticələrini açıqlanmasından sonrakı üçüncü gün (iyunun 2-də - red.) saat 14.00-da çağırışsız toplanacaq.
Yeni qanunvericilik dövrünün ilk iclasında deputatlar and içəcəklər.
MHP-nin Osmaniye Millət vəkili Dövlət Baxçalının ən yaşlı üzv olaraq Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri kimi Baş Assambleyanın ilk iclasına sədrlik edəcəyi gözlənilir.
Millət Məclisinin müvəqqəti sədri Baxçalıdan başlayaraq deputatlar tribunadan and içəcəklər. (oxu.az)
Mənbə: TRT