Kadırov bütün Rusiyada hərbi vəziyyətin tətbiqinə ehtiyac olduğunu bildirib

Kadırov bütün Rusiyada hərbi vəziyyətin tətbiqinə ehtiyac olduğunu bildirib backend

Çeçenistan rəhbəri Kadırov bütün Rusiyada hərbi vəziyyətin tətbiqinin zəruriliyini bildirib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov bu haqda öz Telegram kanalında deyib.

Ramzan Kadırov bildirib ki, Rusiyada hərbi vəziyyət tətbiq etmək və bunun üçün nəzərdə tutulan bütün resurslardan istifadə etmək lazımdır. 

“Rusiyada hərbi vəziyyət elan etmək, bunun üçün nəzərdə tutulan bütün döyüş resurslarından istifadə etmək lazımdır ki, “Ukrayna hərbçiləri” ifadəsinə əl atmadan bütün bu terror yuvasını bir anda silsin. Ukraynada hərbçilər və siyasətçilər yoxdur - yalnız terrorçular var”, - Kadırov mayın 30-da Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumunu şərh edərkən deyib.

O, Ukrayna rəhbərliyinin terror üsullarından istifadə etdiyini deyib və bu cür hücumlara cavabın qəddar olması lazım olduğunu vurğulayıb. Çeçenistan rəhbəri həmçinin Avropa ölkələrini kimə sponsorluq etdikləri və Kiyevə hansı şərtlərlə silah təqdim etdikləri barədə düşünməyə çağırıb.

QAZİLER.AZ

Diaspora