Rusiya lideri Putin ölkəsinin paytaxtına endirilən hava zərbəsinə münasibət bildirib. Baş verənləri terror aktı kimi xarakterizə edən Putin, "Nə cavab verəcəyimizi baxacağıq" - deyib.
Qaziler.az bildirirb ki, yayılan məlumatlara görə, Rusiyanın paytaxtı Moskva bu gün pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Hücum dünyada, xüsusən də Rusiyada geniş əks-səda doğurub.
Məsələyə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin Moskvaya dronlar ilə hücumun “terror aktı” olduğunu bildirib.
Bu cür hücumlarla Rusiyanın təhrik edilmək istədiklərini və bunun məqsədyönlü olduğuna diqqət çəkən Putin:
"Görünür, bu, bizi təhrik etmək üçün hesablanmış hücumdur. Buna necə cavab verəcəyimizə baxacağıq", - deyib.
QAZİLER.AZ