Ərdoğanın aslanı dördəm dünyaya gətirib - "Onları kabab, lahmacun, paxlava ilə bəsləyirik" - VİDEO

Ərdoğanın aslanı dördəm dünyaya gətirib - "Onları kabab, lahmacun, paxlava ilə bəsləyirik" - VİDEO backend

Qaziantep Zooparkında 4 il əvvəl Sudan prezidenti tərəfindən prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən 4 şirdən biri dördəm dünyaya gətirib. 4 bala şirə sorğu vasitəsilə ad veriləcək.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sudan prezidenti Ömər Əl-Bəşir tərəfindən prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən 4 şir Qaziantep Zooparkında saxlanılırdı.

2 dişi və 2 erkək olan şirlərdən biri dördəm dünyaya gətirib.

Xəbəri Qaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin verib.

Normal şəraitdə 2 aslanın doğulmasının adi hal olduğunu dilə gətirən Şahin heyvanlara çox yaxşı baxıldığını bildirib.

Şahin 4 bala aslan doğulduğunu və onlara sorğu ilə ad verəcəklərini bildirib: 

"Sudandan gələn şirlərimizin adlarını da fövlət başçımız vermişdi; 'Sudan', 'Nil', 'Sultan' və 'Sevaki'... körpələr ana "Sultan" və ata "Sudan"dan olub. Prezidentimizin şirlərini görməyə çox adam gəldi. İnşallah, bu balalarımız üçün daha çox ziyarətçi gözləyirik. Ümumiyyətlə, heyvanlar xoşbəxt olduqda məhsuldarlıq artır. Biz burada çox xoşbəxt bir mühit təmin etdikdə dördəmlər belə doğulur. Onlara kabab, lahmacun, paxlava veririk. Hazırda zooparkımızda 350 canlı növündən 7500-ə rast gəlinir".

QAZİLER.AZ

 

Diaspora