Prezident Putin Rusiyada xüsusi hərbi əməliyyatın iştirakçıları iş yerlərində mənzil saxlamağa icazə verən qanun imzalayıb
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, xüsusi hərbi əməliyyatın (XHƏ) iştirakçıları keçmiş xidmət yerində mənzil hüquqlarını saxlaya biləcəklər. Bunu etməyə icazə verən qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Hərbi qulluqçunun şəxsi mənzili olmadıqda, onu keçmiş hərbi xidmət yerindən ala biləcək. Bundan əlavə, XHƏ iştirakçısının ailəsi kirayə haqqı üçün pul kompensasiyası almağa davam edəcək. Ödənişlərin məbləği rütbədən, vəzifədən və iş stajından asılı olmayacaq.
QAZİLER.AZ