Ukrayna axtarış-xilasetmə əməliyyatları üçün unikal "Sea King" helikopteri alıb

Ukrayna axtarış-xilasetmə əməliyyatları üçün unikal "Sea King" helikopteri alıb backend

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Böyük Britaniyanın hədiyyə etdiyi “Sea King” helikopterini təqdim edib.

Qaziler.az bildirir ki, Böyük Britaniya Ukraynaya əvvəllər Britaniya Kral Donanmasının hərbi xidmətində olan “Sea King” helikopterini təhvil verib. Ukrayna ekipajları axtarış-xilasetmə əməliyyatlarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək bu güclü maşın üzərində təlimləri artıq uğurla başa vurublar.

“Sea King” helikopteri Böyük Britaniyanın  Ukraynaya dəstəyi çərçivəsində təhvil verilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin keçmiş axtarış-xilasetmə vertolyotunun Ukrayna ordusunun axtarış-xilasetmə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyini vurğulayıb. Bu, Ukrayna ordusuna real dəstək verəcək və ekstremal vəziyyətlərdə insanların həyatını xilas etməyə kömək edəcək.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Qərbin Ukraynaya dəstəyi “yaxın illərdə də” davam edəcək. O, Rusiya prezidentinə xəbərdarlıq edib ki, onun gözləmə strategiyası nəticə verməyəcək. Sunak qeyd edib ki, Rusiya Ukraynaya təcavüzünün müttəfiqləri parçalayacağına inanaraq böyük səhv hesab edib.

QAZİLER.AZ

Diaspora