Türkiyə-İran sərhədinə 96 kilometrlik divar hörüldü - FOTO

Türkiyə-İran sərhədinə 96 kilometrlik divar hörüldü - FOTO backend

Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək, qanunsuz keçidlərin və qaçaqmalçılıq fəaliyyətinin qarşısını almaq, terrorçuların ölkə ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə İranla 295 kilometrlik sərhəd xəttinin 96 kilometrlik hissəsinə divar hörüb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, digər tərəfdən mehmetçik də ölkəyə qanunsuz keçidin qarşısını almaq üçün gecə-gündüz sərhəddə keşik çəkir.

Sərhədin ətrafı gözətçi qüllələri və dərin qazılmış xəndəklərlə də təchiz edilib. Bununla yanaşı, təhlükəsizlik divarı boyunca paralel yolda Türkiyənin sərhəd qoşunları sərhəddə 24/7 rejimdə patrul xidməti həyata keçirir.

Hörülən divar sayəsində Türkiyədə hər cür terrorun, qaçaqmalçılığın və qeyri-qanuni keçidlərin qarşısı alınır.

QAZİLER.AZ

Diaspora