Rusiya hərbçilərinin Ukraynanın Dnepr şəhərini atəşə tutması nəticəsində yaralananların sayı artmaqda davam edir.
Qaziler.az bildirir ki, indiyədək 25 zərərçəkənin olduğu məlumdur.
Bunu Dnepropetrovsk vilayəti hərbi administrasiyası rəhbərinin müavini Vladimir Orlov "Kiyev24" kanalının efirində deyib.
"25 nəfər xəsarət alıb. 19 nəfərin müalicəsi xəstəxanada davam edir, 3 nəfərin vəziyyəti ağırdır. 3 və 6 yaşlı iki uşağı vəziyyəti orta-ağır qiymətləndirilir . 5 nəfər ambulator müalicə alır. Artıq iki nəfərin öldüyü məlumdur", - Orlov bildirib.
Qeyd edək ki, bu gün Rusiya hərbçiləri Dneprdə poliklinikaya və baytarlıq klinikasına hücum edib, nəticədə 1000 kvadratmetr ərazini əhatə edən güclü yanğın baş verib. Fərdi və çoxmənzilli binalara, eləcə də minik avtomobillərinə ziyan dəyib.
Ali Radanın insan haqları üzrə komissarı Dmitri Lubinetsin sözlərinə görə, düşmənin hücumundan sonra 4 nəfər itkin düşüb.
QAZİLER.AZ