Radanın deputatı Zalujnı ilə yeni fotosunu paylaşıb - “Tezliklə hər şeyi biləcəksiniz”

Radanın deputatı Zalujnı ilə yeni fotosunu paylaşıb -   “Tezliklə hər şeyi biləcəksiniz” backend

Radanın deputatı Purtova Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı ilə yeni fotosunu paylaşıb.

Qaziler.az bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə yeni fotonu Ukrayna Ali Radasının prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyasından deputatı Anna Purtova dərc edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Purtova şəkli günortadan sonra sosial şəbəkələrdə yerləşdirib və üzərinə “tezliklə hər şeyi biləcəksiniz” sözlərini yazıb. Şəklin nə vaxt çəkildiyi barədə məlumat verilmir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnı mayın əvvəlində kəllə-beyin travması və qəlpə yaraları aldığı bildirilmişdi.

Bəzi KİV-lərin yaydığı məlumata görə, Zalujnı Rusiya ordusunun Xerson yaxınlığındakı komanda məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində xəsarət alıb.

QAZİLER.AZ

Diaspora