İstanbulun Maltepe rayonunda D-100 şossesi ilə hərəkət edən avtomobil işdə olan bələdiyyə işçilərini vurub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ankara istiqamətində D-100 şosesinin Bostancı məhəlləsində baş verən hadisədə sürücüsü sərxoş olan avtomobil magistral yolda işləyən bələdiyyə işçilərinə çırpılıb.
Hadisə yerinə çoxlu sayda polis və sağlıq qrupları göndərilib.
İşçilər arasında olan Sinan Demirok, Mehmet Alptekin, Hamdi Alptekin və Barış Tenin həyatını itirdiyi müəyyən edilib.
Qəzaya səbəb olan avtomobilin sürücüsü Atilla Mert Çukacı gözaltına alınıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER,AZ