Türkiyədə keçirilən seçkiləri şərh edən Ermənistan vətəndaşları Kamal Kılıçdaroğlunun onlar üçün daha yaxşı olduğunu vurğulayaraq, prezident Rəcəb Tayyib Ərdoğanın seçilməməsi lazım olduğunu bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyədəki seçkiləri bütün ölkələr diqqətlə izləyir.
Ermənistanın paytaxtı İrəvanda keçirilən küçə reportajlarında ictimaiyyət Kılıçdaroğlunu dəstəklədiklərini bildirib.
Seçkiləri şərh edən Ermənistan vətəndaşları aşağıdakı ifadələrdən istifadə ediblər:
"Hətta Türkiyə xalqı da Ərdoğandan bezib. Ərdoğanın dövründə Türkiyənin Ermənistanla münasibətləri pis idi, bəlkə başqa prezident dövründə bu, dəyişəcək.
Mən Kamalı dəstəkləyirəm. Ermənistandan Sünik marşrutu ilə bağlı planlarına gəlincə, onlar marşrutun İrandan keçməsinə üstünlük verirlər. Bu, artıq Ermənistan üçün bir şeydir".
Mən Ərdoğanı yox, digər Kamalı dəstəkləyirəm. O, daha demokratdır, qalib gəlsə, daha yaxşıdır. Düşünürəm ki, o, dürüst insandır.
"Ərdoğan çox klassik diktatordur. Düzünü desəm, Kamal daha çox qərbyönlüdür. Onların dəyərləri o qədər də Turanlı deyil.
Təkii Ərdoğan olmasın. O, diktatordur, bütün xərcləri müharibəyə, silaha gedir. İstəyirəm ki, ikinci raundda uduzsun, bu, təkcə bizim üçün deyil, bütün dünya üçün yaxşı olardı".
QAZİLER.AZ