Rusiyanın 72-ci motoatıcı briqadası Baxmutda xeyli itki verib. Bir batalyon faktiki olaraq məhv edilib.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna ordusunun 3-cü hücum briqadasının komandiri, mayor Rodion Kudryaşov deyib.
"Qeyd etmək istəyirəm, Rusiya Federasiyası nizami qoşunlarının 72-ci briqadası fiziki olaraq iki bölükdən məhrum olub", -deyə o bildirib.
Onun sözlərinə görə, bu rəqəmlər göstərir ki, Ukrayna silahlı Qüvvələri rusiyanın 72-ci briqadanın bir batalyonunu yer üzündən silib.
QAZİLER.AZ