Kaluqanın Obninsk şəhərində hərbi qeydiyyat və komissarlığın yerləşdiyi binada yanğın baş verib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Kaluqa vilayətinin Obninsk şəhərində hərbi komissarlığın yerləşdiyi binada yanğın baş verib. Rusiyanın başqa bir bölgəsində baş verən hadisə ilə bağlı Mash Telegram kanalında məlumat yayılıb.
Şahidlərin dediyinə görə, alov yaxınlıqdakı binadan - "Wildberries" malların paylama məntəqəsindən yayılıb. Regional fövqəladə hallar xidmətinin nümayəndələri hadisə yerində işə başlayıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
QAZİLER.AZ