Yaralı ukraynalı hərbçilər Yaponiyada müalicə alacaqlar.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə, həmçinin bildirilir ki, Yaponiya Ukrayna tərəfinə 100 hərbi yük maşını və 30 min dəst hərbi ləvazimat verəcək.
Qeyd olunur ki, müvafiq qərar Yaponiyanın baş naziri Fumio Kişida ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Xirosimada keçirilən danışıqlardan sonra qəbul edilib. (oxu.az)
Mənbə: Ura.ru