Azərbaycan bu layihədə haradadır? - Binəli Yıldırım

Azərbaycan bu layihədə haradadır? - Binəli Yıldırım backend

Ermənistan mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşırdı. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdi.

QAZİLER.AZ  Axar.az-a stinadən xəbər verir ki, bunları Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib:

“Ermənistan məğlubiyyətini rəsmən etiraf etdi”.

“Kamal bəy (Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu-red) Cənub dəhlizini (layihəsini-red) millətə yeni bir iş görmüş kimi göstərdi. (Layihədə-red) Azərbaycan haradadır?”, - Binəli Yıldırım vurğulayıb.

“Səmimi olacağıq, dürüst olacağıq. Ona görə də hər şeyi xalqla bölüşdük. 21 ildir ki, millətimizdən öndə olmuşuq. Çətinlikləri və uğurları paylaşdıq. Problemlər varmı? Problemlər olacaq və onları həll etmək üçün iradə də olacaq”, - Binəli Yıldırım əlavə edib.

 

 

Diaspora