Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkədələrdə yaşayan 452 257 Türkiyə vətəndaşı səs verib.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb.
Qeyd olunub ki, səsvermə 73 ölkədəki 156 nümayəndəlik və sərhəd buraxılış məntəqələrində keçirilib. Türkiyə xaricində ümumilikdə 3 461 seçki qutusu quraşdırılıb.