Türkiyədə bütün məscidlərdə cümə namazını gənclər qıldırdı - FOTO

Türkiyədə bütün məscidlərdə cümə namazını gənclər qıldırdı - FOTO backend

19 May Atatürkü Anma Gənclik və İdman Bayramı münasibəti ilə Diyanət mənalı tədbir təşkil edib.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, 19 may 2023-cü il cümə gününə təsadüf etdiyi üçün Dini İşlər İdarəsi gənclərin cümə namazını qıldırması üçün layihəyə start verib.

Dini İşlər İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Bu gün bütün məscidlərin mehrab və minbərində gənclər var” adlı layihə çərçivəsində gənclər mayın 19-da məscidlərdə xütbə oxuyub, cümə namazı qıldırıblar.

Üsküdarda cümə namazını Hz. Ali Məscidində qılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclər həftəsi münasibətilə onların oxuduğu cümə xütbəsini dinləyib.

Namazdan sonra Ərdoğan gənclərin söylədiyi xütbədən razı qaldığını bildirib və xatirə şəkli çəkdirib.

QAZİLER.AZ

Diaspora