Gürcüstanda Rusiya ilə aviareyslərin bərpa edilməsinə ETİRAZ - FOTO

Gürcüstanda Rusiya ilə aviareyslərin bərpa edilməsinə ETİRAZ - FOTO backend

Polis artıq bir neçə aksiya iştirakçısını saxlayıb.

Qaziler.az Gürcüstan KİV-ə istinadən bildirir ki, bu gün, mayın 19-da, dörd il sonra, Moskvadan Tbilisiyə ilk birbaşa reys Şota Rustaveli hava limanına enib, . Mayın 10-da Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı, mayın 15-də isə Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Rusiya tərəfinin qərarı Gürcüstan prezidenti və müxalifət tərəfindən tənqid edilib.

Hazırda hava limanında kütləvi etiraz aksiyaları keçirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazlara münasibət bildirərək xəbərdarlıq edib ki, etirazçılar qanunu pozmağa cəhd edərlərsə, istənilən qanun pozuntusunun qarşısı alınacaq və hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı müvafiq tədbirlər görəcəklər. Gürcüstanın “Məclislər və nümayişlər haqqında” qanununa əsasən, aeroport binalarında və onların girişindən iyirmi metr radiusda yerləşən ərazilərdə mitinq və nümayişlərin keçirilməsi qadağandır.

Gürcüstanın müxalif “Formula” nəşri artıq altı müxalifətçinin saxlanıldığı barədə məlumat yayıb.

QAZİLER.AZ

Diaspora