Malatyanın Akçadağ rayonunda Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, AFAD-dan alınan məlumata görə, saat 11.23-də episentri Akçadağ rayonu olan 4,1 bal gücündə zəlzələ baş verib. 12,56 kilometr dərinlikdə qeydə alınan zəlzələ qısa müddətli təşviş yaradıb. İlk təsbitlərə görə, zəlzələdə dağıntı və can itkisi qeydə alınmayıb.
QAZİLER.AZ