Binəli Yıldırım təbii qaz ehtiyatına inanmayanlara: Bəzilərinin qazı heç cür çıxmır - VİDEO

Binəli Yıldırım təbii qaz ehtiyatına inanmayanlara: Bəzilərinin qazı heç cür çıxmır - VİDEO backend

Türkiyənin təbii qaz ehtiyatlarını tənqid edənlərlə bağlı danışan Binəli Yıldırım: "Bəzilərinin qazı heç cür çıxmır. Onların həzmsizliyinə qarşı heç nə edə bilmərik"- deyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, CNN Türk kanalında gündəmi dəyərləndirən AK Partiya sədr müavini Binəli Yıldırım, jurnalist Zəfər Şahinin: "Sizə deyirlər ki, bu hökumət hər seçki dövründə təbii qaz tapır. Onların belə tənqidləri var" cümləsinə cavab olaraq bunları deyib:

"Yani bazılarının gazı bir türlü çıkmıyor ne yapayım. Hazımsızlıklarına yapacak bir şeyimiz yok. Biz bulduk yani gazı da bulduk, sisteme de verdik. Hasetlik yapana bir şey yapamayız ki."

"Yəni bəzilərinin qazı heç cürə çıxmır, nə edim? Həzmsizliklərinə kömək edəcək bir şeyimiz yoxdur. Biz tapdıq. Yəni qazı da tapdıq, sistemə də verdik. Həsəd aparana bir şey edə bilmərik ki?"

Tapılan neft ehtiyatları barədə danışan Yıldırım bunları deyib:

" 10 gün əvvəl biz Qabar və Cudi dağlarında 100 milyard dollarlıq ehtiyat tapdıq. Allah bir qapını bağlasa, o birini açır. Al sənə zəlzələ hesabı".

QAZİLER.AZ

 

Diaspora