Ukrayna prezidenti Vladimir Zelenski Krım tatar xalqının soyqırımı qurbanlarının xatirəsinə abidənin yaradılmasını təklif edib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna dövlət başçısının Krım tatarlarının soyqırımı qurbanlarının anım gününə həsr olunmuş tədbirlərdə deyib.
Prezident Krım tatarlarının lideri Mustafa Cemilevə müraciət edərək memorialın konsepsiyası üzərində birgə işləməyi təklif edib.
Qeyd edək ki, 1944-cü il mayın 18-də sovet rejimi Krım tatar xalqını Krımdan Orta Asiyaya deportasiya etməyə başlayıb. Üç gün ərzində 200 minə yaxın insan zorla çıxarılıb.
QAZİLER.AZ