Kadırov Rusiya Milli Qvardiyası bölmələrinin döyüş zonasına göndərildiyini bildirib

Kadırov Rusiya Milli Qvardiyası bölmələrinin döyüş zonasına göndərildiyini bildirib backend

Çeçenistan rəhbəri Kadırov Rusiya Qvardiyası bölməsindən döyüşçülərin Ukraynaya göndərildiyini açıqlayıb.

Rusiya Milli Qvardiya Qoşunlarının Şimali Qafqaz Dairəsinin 96-cı Əməliyyat Alayının əsgərləri Ukraynada döyüşə göndəriliblər.

Qaziler.az bildirir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, döyüş zabiti Maqomed Tuşayevin komandanlıq etdiyi Rusiya Qvardiyasının ən döyüşə hazır və effektiv bölmələrindən birinin döyüşçüləri bir həftə əvvəl döyüş postunda həmkarlarını əvəz edən əsgər yoldaşlarına qoşulmaq üçün Donbas və Ukraynaya hərəkət ediblər.  Mayın 11-də Kadırov bu bölmədən 2xüsusi əməliyyat zonası"na döyüşçülərin göndərildiyini elan edib.

“Əsgərlərimiz yaxşı hazırlanıb. Onların əksəriyyəti Çeçenistan Respublikası ərazisində beynəlxalq terrorizmə qarşı döyüşlərdə bərkiyiblər”, - deyə Kadırov bildirib və əlavə edib ki, döyüşçülərdən bəziləri artıq "xüsusi əməliyyat zonası"nda xüsusi "tədbirlər"də iştirak ediblər.

QAZİLER.AZ

Diaspora