Ukrayna Silahlı Qüvvələri bu gün Baxmuta bütün hücumları dəf edib, irəliləyib - Malyar

Ukrayna Silahlı Qüvvələri bu gün Baxmuta bütün hücumları dəf edib, irəliləyib -  Malyar backend

Mayın 18-də Ukrayna Silahlı Qüvvələri Baxmuta edilən bütün hücumları dəf edib. Üstəlik, bəzi bölgələrdə Ukrayna qoşunlarının irəliləməsi müşahidə olunur.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın Teleqramına istinadən xəbər verir.

"Düşmən ehtiyatının böyük hissəsini Baxmuta çəkib və qruplaşmanı xeyli gücləndirib. Rusiya qoşunları bu gün bütün günü Baxmuta hücum edib. lakin bütün hücumlar müdafiəçilərimiz tərəfindən dəf edilib", - deyə nazir müavini bildirib.

Onun verdiyi məlumata görə, mayın 18-i saat 19.00-a olan məlumata görə, Ukrayna hərbçiləri Baxmutun cənub-qərb hissəsinə nəzarət edirlər.

"Baxmutun şimalında düşmən də hücuma keçib. Hücumlar dəf edilib. Bəzi ərazilərdə qoşunlarımızın 500 metr irəliləməsi var", - Malyar əlavə edib.

QAZİLER.AZ

Diaspora