Yerli İdarələrin Məsləhətləşmə və Qiymətləndirmə Regional Yığıncağında telefonla əlaqə saxlayan prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan: “14 Mayda millətimizin bizə göstərdiyi lütf və seçki qutusunda 27 milyondan çox rekord səs bizim ikinci tur üçün ən böyük zəmanətimizdir”, - deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Cumhur İttifaqının parlamentdə çoxluğu əldə etməsinin vacibliyini vurğulayan Ərdoğan deyib:
"Biz işin bu tərəfini uğurla başa vurduq. İndi önümüzdə ikinci tura qalan prezident seçkilərini tamamlamaq var. Millətimizin 14 Mayda bizə göstərdiyi lütf və seçki qutusunda verdiyi 27 milyondan çox rekord səs ikinci tur üçün bizim ən böyük zəmanətimizdir. ancaq bunun üçün öncə bu səsvermənin itkisiz şəkildə 28 Mayda seçki qutusuna daşınmasını təmin etmək lazımdır. Müxalifət tərəfinin çırpınışları fərqi aradan qaldırmaq üçün kifayət etməyəcək".
QAZİLER.AZ