Lvov sakini Rusiya ilə əməkdaşlığa görə ömürlük həbs cəzası alıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Telegram kanalında məlumat yayıb.
İstintaq bildirir ki, həmin şəxs Rusiyayönlü Telegram çatlarında fəal iştirak edib, fotofiksasiya üçün şəxsən hərbi və infrastruktur obyektlərini gəzib və Rusiya ilə əlaqə saxlamaq üçün messencerlərdən istifadə edib.
O, Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi (“Dövlətə xəyanət”) ilə təqsirli bilinib.
QAZİLER.AZ