İzmir sahillərini dəniz yosunu basıb

İzmir sahillərini dəniz yosunu basıb backend

Dəniz suyunda azot və fosforun miqdarının artması ilə əmələ gələn dəniz yosunu havadakı istiliyinin artması ilə İzmir körfəzində yenidən peyda olub.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, xalq arasında “dəniz kahısı” olaraq adlandırılan  dəniz yosunu, küləyin daşıdığı Konak sahillərində çirklənməyə səbəb olub.

Manisa Cəlal Bayar Universitetinin müəllimi Prof. Dr. Ergün Taşkın son illər tez-tez rast gəlinən dəniz yosununun mövsüm dəyişikliyi ilə yanaşı çirklənmə səbəbindən ortaya çıxdığını bildirib.

Dəniz yosunlarının məişət, şəhər və sənaye tullantıları, əkinçilik və heyvan fəaliyyəti nəticəsində suda azot və fosforun miqdarının artması ilə əmələ gəldiyini bildirən Taşkın, çirkli görünüş yaradan dəniz yosunlarının insanlara birbaşa zərərinin olmadığını, lakin onların ekosistemə mənfi təsir etdiyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora