Türkiyənin Mülki Aviasiya Baş İdarəsi tərəfindən ələ keçirilən və uçuş müddətini tamamlamış qırıq təyyarələr üçün tender elan edilib.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, 2019-cu ildə gündəmə gətirilən təyyarə investorların diqqətini çəkib. İstifadəsiz qalan təyyarələr isə satılıb.
Satılan təyyarələrin daşınması üçün qanad və gövdə hissələri sökülüb.
Satılan təyyarələrin bir hissəsinin restoran və kafeyə çevriləcəyi öyrənilib.
Havadan şəkilən görüntülərdə təyyarələrin bir çoxunun xarici gövdələrinin töküldüyü, qanad hissələrinin ciddi zədələndiyi diqqət çəkib. Təyyarələr şüşələri və mühərrikləri tam sökülmüş vəziyyətdə alıcılarını gözləyir. Bununla belə, onların bəzilərində hələ də çoxlu elektron komponentlər qalmaqdadır.
2021-ci ildə 9 ədəd olan təyyarələrdən 4-ü artıq satılıb. Hava limanının apronunda gözləyən 5 sınıq-salxaq təyyarə isə yeni sahiblərini gözləyir.
QAZİLER.AZ