Son illər əhalinin artım tempinin azalması və cəmiyyətin qocalması ilə bağlı açıqlanan göstəricilər İran rəsmilərini narahat edib. Bu çərçivədə ailənin qurulmasını asanlaşdırmaq üçün 15 əyalətdə 33 nöqtədə “ər axtarmaq" mərkəzləri açılıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, İranın Gənclər və İdman Nazirliyinin Planlaşdırma və Sosial İnkişaf üzrə baş direktoru Mehdi Muttakifer ölkədə son illər gündəmdə olan evlənməmək probleminə qarşı atılan addımlardan danışıb.
Muttakifer ailə quruculuğunu asanlaşdırmaq üçün açılan mərkəzlərin bir qisminin məscid və mədəniyyət mərkəzlərində yerləşdiyini və pulsuz xidmət göstərdiklərini, bəzi mərkəzlərin isə xidmət haqqı tələb etdiyini bildirib.
İran Statistika İnstitutunun saytının məlumatına görə, ölkə əhalisinin sayı 85 milyon 56 min 136 nəfərdir.
İranın səhiyyə nazirinin müşaviri Muhamməd İsmayıl Əkbəri 2020-ci il iyunun 10-da bildirib ki, doğum nisbətinin azalması səbəbindən İran 30 ildən sonra dünyanın ən yaşlı ölkəsi olacaq.
QAZİLER.AZ