Şırnakın Bestler-Dərələr bölgəsində terrorçularla qarşıdurmada şəhid olan çavuş Bayram Doğanın yaxınları CHP və “İyi” partiyasının dəfn mərasiminə göndərdiyi çələnglərə sərt reaksiya verib.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, Tokatda keçirilən cənazə mərasimində şəhidin yaxınları üzərində “CHP sədri və “İyi” partiya sədri” sözləri yazılmış çələnglərin götürülməsini tələb ediblər.
Belə ki, “İyi” partiyaya məxsus çələng meydandan götürülərkən, Cümhuriyyət Xalq Partiyasına aid çələng vətəndaşlar tərəfindən dağıdılıb.
Şəhidin cənazəsinin qoyulacağı əraziyə üzərində “Cumhurbaşkanı” yazılmış əklilin qoyulması isə şəhid yaxınlarının sakitləşməsinə səbəb olub.
QAZİLER.AZ