"Muharrem İnce" istintaqında həbs edilən var

"Muharrem İnce" istintaqında həbs edilən var backend

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem inceni hədəf alan sosial media paylaşımları ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılan 14 şübhəlidən biri həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində nəzarətə alınan şübhəlilər polis bölməsindəki əməliyyatların ardından dünən Ankara Ədliyyəsinə aparılıb.

Prokurorluğa ifadə verən şübhəlilərdən biri sərbəst buraxılıb, 13 nəfər həbs tələbi ilə Cəza Məhkəməsinə sövq edilib.
İstintaqı gecə saatlarına qədər davam edən şübhəlilərdən biri Ozan Özgür D. həbs edilib, digər şübhəlilər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Ankara Cümhuriyyət Baş Prokurorluğu Məmləkət Partiyasının sədri Muharrem incenin ünvanına sosial şəbəkələrdə paylaşımlarına görə 17 şübhəli barəsində həbs qərarı çıxarıb.

Şübhəlilərdən bəzilərinin xaricdə olduğu müəyyən edilib. 

QAZİLER.AZ

Diaspora