İran və Rusiya dəmir yolu dəhlizinin tikintisi ilə bağlı razılığa gəliblər

İran və Rusiya dəmir yolu dəhlizinin tikintisi ilə bağlı razılığa gəliblər backend

İran və Rusiya yeni yaranmaqda olan Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsi çərçivəsində İran dəmir yolu xəttinin maliyyələşdirilməsi və tikintisinə dair saziş imzalayıblar.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Reuters-ə istinadən xəbər verir.

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi sazişin imzalanmasını videobağlantı vasitəsilə izləyiblər.

Rəşt-Astara dəmir yolu Hindistan, İran, Rusiya, Azərbaycan və digər ölkələri dəmir yolu və dəniz yolu ilə birləşdirəcək dəhlizin mühüm halqası kimi qiymətləndirilir. Rusiyanın fikrincə, bu marşrut əsas qlobal ticarət yolu kimi Süveyş kanalı ilə rəqabət apara bilər.

“Rəşt-Astara dəmir yolunun bir hissəsi olacaq unikal Şimal-Cənub nəqliyyat arteriyası qlobal nəqliyyat axınının əhəmiyyətli dərəcədə şaxələndirilməsinə kömək edəcək”, - Putin bildirib.

“Şübhəsiz ki, bu saziş Tehran və Moskva arasında əməkdaşlığa doğru mühüm və strateji addımdır”, - Rəisi bildirib.

QAZİLER.AZ

 

Diaspora