Türkiyənin Şırnak vilayətinin Bestler Dərələr bölgəsində başladılan əməliyyatda ümumilikdə 5 terrorçu zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada davam edən əməliyyat çərçivəsində 15-16 may tarixlərində 3 PKK/KCK terrorçusunun silahları ilə zərərsizləşdirildiyi bildirilib və bunlar qeyd edilib:
"Əməliyyatın davamında bu gün bir qrup terrorçu ilə isti təmas yenidən bərpa olunduqdan sonra daha 2 terrorçu zərərsizləşdirilib. Beləliklə, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların ümumi sayı 5-ə çatıb. Bölgədə terrorçulara qarşı əməliyyatlar əzm və inamla davam edir”.
Qeyd edək ki, bölgədə keçirilən antiterror əməliyyatında 3 türk əsgəri şəhid olub, 1-i yaralanıb.
QAZİLER.AZ