PKK-nın Kobanidəki məsul şəxsi Tuba Karakoç öldürüldü

PKK-nın Kobanidəki məsul şəxsi Tuba Karakoç öldürüldü backend

Türkiyə MİT Suriyada keçirdiyi əməliyyatda PKK/YPG-nin Aynularab (Kobani) "maliyyə məmuru" adlandırılan Tuba Karakoçu zərərsizləşdirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Milli İstihbaratTəşkilatının (MİT) xain PKK-ya qarşı nöqtə əməliyyatları davam edir.

2013-cü ildə PKK sıralarına qoşulan Tuba Karakoç təşkilata qoşulduğu gündən Türkiyə, İraq və Suriyanın bir çox bölgələrində fəaliyyət göstərib.

MİT Tuba Karakoçu keçmişdə Türkiyədə  terror fəaliyyətinə görə hədəf siyahısına salıb.

MİT Karakoçun Suriyadakı terrorçulara maddi dəstək vermək üçün tez-tez İraqa səfər etdiyini müəyyən edib.

Yenə də bu çərçivədə fəaliyyət göstərmək üçün Suriya/Sırrin-Ayn İsa arasındakı bölgədə olarkən sahə agentlərinin anında məlumat verməsi ilə Karakoç MİT-in keçirdiyi əməliyyatla zərərsizləşdirilib.

QAZİLER.AZ

 

Diaspora