Rusiya hərbçiləri Xerson vilayətinin Berislav şəhərindəki xəstəxananı atəşə tutub. İşğalçıların atdığı mərmilər reanimasiya və mərkəzi şöbələrə düşüb.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Teleqramda xəbər verir.
"Rusiya ordusu Berislavdakı xəstəxananı vurub. Mərmilər reanimasiya və mərkəzi şöbəyə düşüb. Atəş nəticəsində tibb müəssisəsinin 60-a yaxın pəncərəsi sınıb, divarlar zədələnib", - Prokudin yazıb.
Onun sözlərinə görə, bu atəş nəticəsində xəstələr və xəstəxana işçiləri arasında itki olmayıb.
QAZİLER.AZ