"Vaqner" qruplaşmasının Ukraynada ABŞ vətəndaşını öldürdüyü iddia edilir

"Vaqner" qruplaşmasının Ukraynada ABŞ vətəndaşını öldürdüyü iddia edilir backend

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin “Telegram”da paylaşdığı videoda münaqişənin davam etdiyi Ukraynanın Baxmut şəhərində ABŞ vətəndaşının öldürüldüyünü iddia edib.

Qaziler.az bildirir ki, rusiyalı müxbir Aleksandr Simonovun Telegram hesabından yaydığı videoda Priqojin cəsədi və üzərindəki sənədləri yoxlayır.

"Budur, keçmiş Amerika əsgəri Nikolas. Onu ABŞ-a çatdıracağıq, tabutunu hörmətlə Amerika bayrağı ilə örtəcəyik, çünki o, baba kimi yataqda ölməyib, döyüşdə həlak olub və yəqin ki, ləyaqətlə ölüb”, – Priqojin bildirib. 

Vaqner lideri bildirib ki, amerikalı döyüşdə ölüb.

QAZİLER.AZ 

mənbə: TRThaber

Diaspora