Ukrayna artıq işğalçılara qarşı "Storm Shadow" raketlərindən istifadə edir - CNN

Ukrayna artıq işğalçılara qarşı "Storm Shadow" raketlərindən istifadə edir -  CNN backend

Ukrayna hərbçiləri rus işğalçılarına qarşı Britaniyanın təqdim etdiyi uzaqmənzilli “Storm Shadow” raketlərindən  istifadə edib.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə CNN xəbər verir.

Nəşr iddia edir ki, Ukraynanın "Storm Shadow" raketlərindən istifadə etməsi ilə bağlı məlumatı iki Amerika rəsmisi və daha bir Qərb rəsmisi təsdiqləyib. CNN onların adını çəkmir.

Bununla yanaşı, jurnalistlər daha ətraflı təfərrüatları açıqlamırlar.

Ukrayna Müdafiə Nazirliyi CNN-in sorğusu əsasında bu məlumatı şərh etməkdən imtina edib.

Xatırladaq ki, mayın 11-də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Storm Shadow” uzaqmənzilli raketlərinin Ukraynaya verildiyini təsdiqləyib.

QAZİLER.AZ

Diaspora