Prezidentin sözçüsü İbrahim Kalın prezident seçkilərinin ikinci turunun daha asan olacağını bildirib. Kalın, 'İkinci dövr üçün Sinan Oğan ilə görüş olacaqmı?' sualı ilə bağlı açıqlama verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “A Haber”in canlı yayımında gündəmlə bağlı diqqətçəkən açıqlamalar verib.
Türkiyədə prezident seçkilərinin ikinci turu ilə bağlı danışan Kalın: "Ekranlarda bağırıb çağırmaq yerinə, gücünüz varsa seçicini inandırmağa çalışın. "Millət ittifaqı"nın sözçüsü olan siyasətçilər, jurnalistlər həmin gecə sosial şəbəkədə özlərini gülünc vəziyyətə saldılar. Bütün bunlar üzücüdür. Hər seçki mühitində anlaya bilərəm, amma ağlabatan olanı ortadan qaldırmamaq lazımdır" - deyib.
"İkinci tur üçün Sinan Oğanla görüş olacaqmı?" sualına cavab olaraq, "Sinan bəyin səsi dəyərlidir. Seçicilərimizin 5,2%-i səsini Sinan Oğana verib. Ortada yeni bir dinamika var. Sinan bəyin gəldiyi siyasi ənənəyə baxanda onun mövqeyinin "Cümhur İttifaqı"na daha yaxın olduğunu bilirəm. Onunla şəxsi tanışlığım da var. O, həm də gözəl kampaniya aparıb.
Öz tezislərini açıqladı. Terrorla mübarizə kimi. Dövlətin birliyi baxımından terror qruplaşmalarına dövlətin münasibətini açıq şəkildə gördük. İkinci turda verəcəyi üstünlüklər nə olacaq onu da bilmirik. Düşünürəm ki, bu, Türkiyənin milli maraqlarından söhbət gedəndə kimə qarşı olmalı olduğumuzu açıq şəkildə göstərir".
QAZİLER.AZ