Bütün dünya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Rusiyanı təcrid edərkən Gürcüstan işğalçı ölkə ilə münasibətləri yaxşılaşdırmağa çalışır.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenkoya “Twitter” səhifəsində yazıb
"Dünya Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün onu təcrid edir, lakin Gürcüstan Rusiya hava yollarını salamlayır və özününküləri Moskvaya göndərir. Eyni zamanda, Gürcüstan ərazisinin 20%-i cəzasız olaraq Rusiyanın işğalı altındadır. Kreml, şübhəsiz ki, bu nəticədən məmnun olacaq”, - Nikolenko vurğulayıb.
Xatırladaq ki, mayın 10-da Rusiya Gürcüstanla birbaşa aviareyslərə qoyulan qadağanı ləğv edib. Bundan sonra Tbilisi Rusiya Federasiyası ilə uçuşlara icazə vermək qərarına gəlib.
QAZİLER.AZ
.