Kılıçdaroğlunun müavini istefa verdi

Kılıçdaroğlunun müavini  istefa verdi backend

CHP-nin İnformasiya və Kommunikasiya Texnologiyaları məsələləri üzrə sədr müavini Onursal Adıgözəl partiyadakı vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, Adıgözəl bununla bağlı Tvitter hesabında məlumat yayıb.

“Namizədimiz və birlikdə olmaqdan şərəf duyduğum sədrimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün 2018-ci ildən işlədiyim CHP İnformasiya və Kommunikasiya Texnologiyaları məsələləri üzrə sədr müavini vəzifəsindən istefa verirəm”, - Adıgözəl bildirib.

Diaspora