Əhməd Yener rəsmən açıqladı: Seçim ikinci tura qaldı - VİDEO

Əhməd Yener rəsmən açıqladı:  Seçim ikinci tura qaldı - VİDEO backend

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yener 14 may seçkilərinin nəticələri ilə bağlı açıqlamalar verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yener seçkinin ikinci tura qaldığını bildiriərəkdeyib:

"Ölkə üçün seçki qutuları 100% açılıb, seçkilərdə iştirak nisbəti yüzdə 88-dir. Hazırda xaricdən səsvermə haqda məlumatların daxil edilməsi davam edir. Səsvermədə Cənab Ərdoğanın 49,51, Kamal Kılıçdaroğlunun 44,5 və Sinan Oğanın 5,1 səs topladığı məlum olub.  Prezident seçkisində namizədlər kifayət qədər səs toplamadıqlarına görə mayın 28-də seçkinin ikinci turu keçiriləcək".

Beləliklə, Türkiyədəki prezident seçkilərində namizədlərin heç biri seçiçilərin 50 faiz səsini toplaya bilmədiyinə görə mayın 28-də seçki həyəcanı davam edəcək.  

QAZİLER.AZ

Diaspora